BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı böyrək xəstəliyindən əziyyət çəkən Qarabağ qazisini ziyarət etdi - FOTO

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun böyrək xəstəliyindən əziyyət çəkən və ayaqları tutulan Qarabağ müharibəsi veteranı, həmçinin şəhid ailəsi Süleymanov İlyas Cavad oğlunu evində ziyarət edib.

 

Pravda.az-ın xəbərinə görə, İ.Süleymanovla görüşən icra başçısı onu narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Vətəndaşın xəstəliyi ilə bağlı istəklərini dinləyən icra başçısı müalicə olunması, əvvəlki sağlamlığına qovuşması, ailəsinin arasına sağlam şəkildə qayıtması üçün lazımi köməkliyi göstərəcəyini qeyd edib. Vətəndaşın Bakı şəhərində xəstəxanalardan birində müayinə və müalicə olunması üçün göndərilməsi ilə əlaqədar adiyyatı şəxslərə tapşırıq verib.

 

Qeyd: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov, eləcə də Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılaraq, məhkəmə qərarı ilə həbs ediliblər. Onların hər üçün barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Fotoları təqdim edirik
Tarix: 22 Dekabr 2019, 19:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin