BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıblar

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu kanadalı həmkarı Fransua Filipp Şampanla telefonla danışıb.

 

Pravda.az-ın xəbərinə görə, telefon söhbətində nazirlər Türkiyə ilə Kanada arasında əlaqələr və Dağlıq Qarabağ mövzusunda müzakirələr aparıblar.

 

Qeyd edək ki, Türkiyədə istehsal olunan İHA və SİHA havadan müdafiə vasitələrində istifadə olunan kamera sistemləri Kanada şirkətlərindən alınır. Kanadanın Xarici İşlər Nazirliyi bir neçə gün öncə Dağlıq Qarabağda istifadə etdiyi iddiaları ilə Türkiyəyə bu kamera sistemlərinin ixracatını dayandırmaqla bağlı bəyanat yayıb.APA

Tarix: 10 Oktyabr 2020, 01:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin