BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ali Baş Komandan bizi narazı salacaq heç bir qərara imza atmayacaq"

"Hamınızı ruh yüksəkliyini saxlamağa, stəkanda fırtına yaratmağa çalışanlara, fürsətçilik edənlərə inanmamağa çağırıram. Sosial şəbəkədəki ajiotaja heç bir səbəb görmürəm və bütün yazılanları, həqiqi niyyətləri anlamaq üçün diqqətlə izləməyə çalışıram".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Tam varlığımla inanıram ki, Ali Baş Komandan İlham Əliyev bizi narazı salacaq heç bir qərara imza atmayacaq və atdığı bütün addımlar Qarabağı almaqla bərabər, həm də hər bir Azərbaycan əsgərini qorumaq məqsədi daşıyır. Sadəcə, bir az səbrli olub rəsmilərin təfərrüatlı açıqlamasını gözləyin. Sosial şəbəkədə tozanaq qoparanlar, niyyətinizin saf olmasına çalışın. Son hadisələr göstərdi ki, Xalq kimin kim olduğunu gec-tez müəyyən edir" - A.İsmayılov qeyd edib.

Tarix: 10 Oktyabr 2020, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin