BURADA REKLAMINIZ OLA
BİLƏR

ANAMA-dan vətəndaşlara MÜRACİƏT

“Ermənistan ordusunun ardıcıl təxribatları, eləcə də mülki əraziləri atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qvvələri tərəfindən uğurlu əməliyyatlar aparılmaqdadır”.

 

Pravda.az-ın məlumatına görə, bunu brifinqdə ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib. O bildirib ki, 27 sentyabrdan 8 oktyabra qədər Daxili İşlər Naxirliyinin102 və Fövqəladə Hallar Nazirliyinin 112 xidməti zəng mərkəzlərindən agentliyə 102 çağırış olub:

 

“Nəticədə 366 əməliyyat çıxış olub. Bu çıxışlar hər dəqiqə dəyişir, çünki agentliyin qrupları kiçik bölmələr şəklində yaşayışq məntəqələrində, şəhərlərdə və digər məntəqələrdə çağırışlara caab olaraq dərhal həmin ərazilərə gedir və əhali ilə görüşür, onları təhlükəyə məruz qoya biləcək obyektlərin götürülməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi işləri həyata keçirilir”.

 

Tarix: 10 Oktyabr 2020, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin