BURADA REKLAMINIZ OLA
BİLƏR

"Torpaqlarımızın azad olması da müharibənin bitməsi demək deyil" - Şahbaz Xuduoğlu

"İlham Əliyev bu konflikti gələcək nəsillərə qoymayacaq. İqtisadi və hərbi gücünə görə regionda lider olan bir dövlət torpaqlarını heç kəsə güzəştə getməli deyil".

Pravda.az-ın xəbərinə görə, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.


Ş.Xuduoğlu qeyd edib ki, ruhdan düşmək olmaz: "Hətta bütün torpaqlarımızın azad olması da müharibənin bitməsi demək deyil. Əliyev çox parlaq bir mövqe qoydu ortalığa, həm hərbi, həm də diplomatik. Bu o deməkdir ki, bu müharibəni o bitirməlidir. Çünki dedikləri hələ ki, həyata keçməyib. Qarabağ azad edilməlidir, Azərbaycan torpaqları geri qayıtmalıdır, Türkiyə tərəf kimi Minsk qrupuna daxil olmalıdır, Paşinyan xalqımızdan üzr istəməlidir. Türkiyə yanımızda qalmalıdır. Türkiyə geri çəkilməli deyil. Yalnız mənəvi yox, bütün imkanları ilə. Bu xalqımızın mövqeyidir. 10 günlük müharibəni Azərbaycan uddu. Dünyada misli olmayan hərbi bacarıq göstərdi. Bu müharibə mütləq hərb tarixinə qızıl hərflərlə yazılacaq. Qarabağın yüksək nöqtələrinə qədər ordumuz irəlilədi; daha ordan düşmək olmaz - Nə ruhən, nə də real. Azərbaycan bu birliyini, ruh yüksəkliyini qorumalıdır. Azərbaycan o yüksəklikdə yaşamağa layiqdir".

Tarix: 10 Oktyabr 2020, 13:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin