BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT Dağlıq Qarabağda humanitar atəşkəsin qüvvəyə minməsini alqışlayır

"ATƏT-in fəaliyyətdə olan sədri Edi Raama Moskvadakı danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsi kontekstində yeni qüvvəyə minmiş humanitar atəşkəsi alqışlayır".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə hazırda ATƏT-ə sədrlik edən Albaniyanın qurumdakı missiyasının "Twitter" hesabında bildirilib.

 

"Həm regionda, həm də Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi prosesdə sabitliyə ehtiyacımız var. Ermənistan və Azərbaycan arasında bu razılaşma substantiv danışıqlara yol açır", - deyə ATƏT sədri vurğulayıb.APA

Tarix: 10 Oktyabr 2020, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin