“Azərbaycan Respublikası da əvvəl gündən münaqişəsinin danışıqlar yoluyla həll edilməsinə çalışıb. Lakin təəssüflər olsun ki, bu günə kimi danışıqlar heç bir nəticə verməyib və bu da hər şeydən öncə məsələyə qeyri-obyektiv yanaşmanın nəticəsi idi”
Bunu deputat Elşad Mirbəşiroğlu deyib. Deputat Azərbaycanın hərbi yolla düşməni danışıqlara məcbur etdiyini bildirib:
“Hesab edirəm ki, artıq bu dəfə Azərbaycan tamam fərqli mövqelərdən danışıqlarda iştirak edəcək. Azərbaycan özünün gücünü nümayiş etdirdi. Onsuz da dünya təcrübəsində hərbi əməliyyatların ardınca danışıqlar prosesi gəlir. Azərbaycan Respublikası da əvvəl gündən münaqişəsinin danışıqlar yoluyla həll edilməsinə çalışıb. Lakin təəssüflər olsun ki, bu günə kimi danışıqlar heç bir nəticə verməyib və bu da hər şeydən öncə məsələyə qeyri-obyektiv yanaşmanın nəticəsi idi. Biz həmişə qeyd edirdik ki, danışıqlar nəticə verməsə, torpaqlarımızı hərbi yolla işğaldan azad edəcəyik. Bu illər ərzində danışıqlar nəticə vermədi və biz də ermənilərin növbəti təxribatlarının qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatı həyata keçirdik və torpaqlarımızın bir qismini işğaldan azad etdik. Biz bununla göstərdik ki, torpaqlarımızı hərbi yolla işğaldan azad etmək gücünə malikik. Əgər bundan sonra proseslər danışıqlar masasına keçəcəksə, artıq Azərbaycan güc mövqeyindən çıxış edəcək. Bizim üçün önəmli olan torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan prezidenti də bəyan etdi ki, hətta bundan sonra danışıqlar getsə belə, bizim bir şərtimiz var, yəni torpaqlarımız birmənalı şəkildə işğaldan azad olunmalıdır. Bu müzakirə obyekti deyil və Azərbaycan heç bir şərt qəbul etmir.
Özünüz də bilirsiniz ki, Ermənistan tərəfi barışıq üçün az qala yalvarırdı. Ermənistanın xarici işlər naziri və Paşinyan da atəşkəs olmasını və danışıqların başlanmasını istəyirdi. Təbii ki, belə olan halda Azərbaycan çox ehtiyatlı tərpənəcək, yenidən mənasız danışıqlara vaxt itirməyəcək, bizim bu gün mövqeyimiz bundan ibarətdir. Təbii ki, Ermənistan tərəfindən və eyni zamanda, atəşkəsin əldə olunmasında rol oynayan Rusiyadan istəyimiz və gözləntimiz ondan ibarətdir ki, ölkə başçımızın dediyi kimi torpaqlarımızı işğaldan azad etməyin vaxtını, qrafikini bizə təqdim etsinlər. Hesab edirəm ki, mütləq şəkildə Azərbaycanın tələbləri, şərtləri içində bu məqam da var. Əks halda biz öz torpaqlarımızın güc vasitəsilə sonadək işğaldan azad edilməsinə çalışacağıq. Erməni təcavüzkarları gücümüzü görəndən sonra danışqlar yoluyla torpaqlarımızdan çıxacaqlarını deyirlərsə, onda Azərbaycan niyə də bu şərtlə razılaşmasın? Biz görsək ki, bu da növbəti vaxt udmaq taktikasıdır, əminliklə qeyd edə bilərəm ki, Azərbaycan daha şiddətli hücumlara keçəcək və buna bizim gücümüz də var. Otuz il işğal etdikləri ərazilərdə tam möhkəmlənə bilməyən Ermənistan 1-2 ay vaxt ərzində orda möhkəmlənə bilməz, buna sizi tam əmin edirəm. Bu müddətdə Azərbaycan da gücünü artıracaq, hərbi əməkdaşlığını davam etdirir. Yəni biz artıq tarixi dərsimizi almışıq, Ermənistanı və erməni xalqını kifayət qədər yaxından tanımışıq. Bu xalqla düşünürəm ki, Azərbaycanın heç vaxt ehtiyatsız davranışı müşahidə olunmayacaq. Əgər onlar Azərbaycan qanunlarına tabe olacaqlarsa, ərazimizin bütövlüyü çərçivəsində hər hansı bir formada mövcud olmaq istəyəcəklərsə, təbii ki, dövlətimizin onların təhlükəsizliyinə təminat verəcək. Əks təqdirdə düşünürəm ki, onların bizim torpaqlarda mövcud olmaları üçün heç bir əsas qalmayacaq. Yeganə şərt odur ki, torpaqlarımız işğaldan azad olunsun. Onsuz da bundan sonra ermənilər işğal altında olan ərazilərimizdə özlərini təhlükəsiz hiss edərək rahat yaşamayacaqlar. Onların rahat yaşaması o halda mümkün ola bilər ki, biz əmin olaq ki, Ermənistanın Azərbaycana qarşı zərrə qədər də olsun ərazi iddiaları əlaməti qalmasın. Biz də bu əlamətlərin tam aradan qaldırılması üçün həm siyasi, həm də hərbi gücümüzü göstəririk. Azərbaycanın bu gün danışıqlara getməsi qətiyyən hansısa güzəştlərə getməsi kimi qəbul edilməməlidir. Sadəcə olaraq Ermənistan bu danışıqlara razı olmasını öz diliylə bəyan edirsə, bu, Azərbaycanın güc vasitəsilə sülhə məcbur etməsi kimi qiymətləndirilməlidir. Yəni biz düşməni sülhə məcbur edirik. Hesab edirəm ki, biz Ermənsitanı öz xoşuyla torpaqlarımızı boşaltmağa məcbur etmiş olsaq, daha böyük qələbə qazanmış olarıq”.Moderator
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
Ən son xəbərləri səhifəmizdən də izləyin