BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli: "Atəşkəslə bağlı əsas məsələləri razılaşdıra bilməyiblər"

"Uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür (humanitar ola bilər, beynəlxalq hüquqda nəzərdə tutulub). Onu mümkünsüz edən sistem amilləri var".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli qeyd edib ki, şəraitin kəskin dəyişməsi Bişkek Anlaşmasıyla müqayisəni yersiz edir: "Ordumuz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə girib (həm şimaldan, həm cənubdan). Üstəlik, Murovu götürüb. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə daha dərinə getməyə çalışacaq. Moskvada 10 saatlıq görüşdən sonra belə yüngül, dəfələrlə işlədilmiş sözlərdən ibarət bir mətn çıxıbsa, deməli əsas məsələləri razılaşdıra bilməyiblər. Həmin mətnin altında da kimsənin imzası yoxdur".

Tarix: 10 Oktyabr 2020, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin