BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır"

"Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Naqif Həmzəyev deyib.


N.Həmzəyev bildirib ki, hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır: "Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər".

Tarix: 10 Oktyabr 2020, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin