BURADA REKLAMINIZ OLA
BİLƏR

Kirayədə yaşadığını deyən icra başçısının kəmərinin qiymətinə DİQQƏT

Kirayədə yaşadığını deyən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev brend markalı kəmər taxır.

 

Pravda.az-ın xəbərinə görə, kirayədə qalmasından gileylənən İcra Hakimiyyəti başçısının kəməri "Stefano Ricci"dəndir.

 

Hazırda sözügedən markanın satış qiyməti 2 min avro (4 min manat) təşkil edir.

 

Qeyd: Xaricdə yaşayan bloqer Həbib Müntəzir İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb. İmişli Rayon İcra Hakimiyyətindən isə Vilyam Hacıyev barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib: "Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik"

 

Fotoları təqdim edirik
Tarix: 22 Dekabr 2019, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin