BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ali Baş Komandan təzyiqlərə mərdi-mərdanə sinə gərməkdədir”

“Ölkəmizə müxtəlif təzyiqlər var və Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə sinə gərməkdədir”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yozdur: “Məqsəd ərazi bütövlüyümüzün təmin edilməsidir. Əgər atəşkəsin pozulması üçün Ermənistan təxribatları davam etdirəcəksə, Azərbaycan cavab vermək məcburiyyətindədir”.

 

H. Hacıyev Azərbaycan əsgərinin bu günlər rəşadət nümayiş etdirdiyini də vurğulayıb: “Azərbaycan əsgərlərinə də eşq olsun”.

Tarix: 10 Oktyabr 2020, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin