BURADA REKLAMINIZ OLA
BİLƏR

İşğaldan azad olunan ərazilər - TAM SİYAHI

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 10 saatdan artıq üçtərəfli görüşlərindən sonra bu gün saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Pravda.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini bəyan etdi.

Eyni bəyanatı Türkiyə XİN rəhbəri də verdi. Bildirildi ki, Azərbaycan son dəfə Ermənistana geri çəkilmə şansı verdi. Atəşkəs önəmlidir, lakin atəşkəs münaqişənin həll olunma yolu deyil.

Azərbaycan bir daha işğalçı ölkəyə göstərdi ki, Ermənistan nə qədər gec deyil, Dağlıq Qarabağdan terrorçu ordusunu çıxarsın. 

Sentyabrın 27-dən bugünədək rəsmi açıqlamalara görə, Azərbaycan işğal altında olan xeyli əraziləri düşmən tapdağından azad edib. 

27.09.2020

Qaraxanbəyli (Füzuli)

Qərvənd kəndi (Füzuli)

Kənd Horadiz (Füzuli)

Aşağı Əbdülrəhmanlı (Füzuli)

Yuxarı Əbdülrəhmanlı (Füzuli)

Böyük Mərcanlı (Cəbrayıl)

Nüzgar kəndi (Cəbrayıl)

Murovdağı zirvəsi

03.10.2020

Suqovuşan (Madagiz-Ağdərə)

Talış kəndi (Tərtər)

Mehdili kəndi (Cəbrayıl)

Çaxırlı kəndi (Cəbrayıl)

Aşağı Maralyan (Cəbrayıl)

Şəybən kəndi (Cəbrayıl)

Quycaq kəndi (Cəbrayıl)

04.10.2020

Cəbrayıl şəhəri

Daşkəsən kəndi (Cəbrayıl)

Decal kəndi (Cəbrayıl)

Karxulu kəndi (Cəbrayıl)

Şükürbəyli kəndi (Cəbrayıl)

Çərəkən kəndi (Cəbrayıl)

Horovlu kəndi (Cəbrayıl)

Mahmudlu kəndi (Cəbrayıl)

Cəfərabad kəndi (Cəbrayıl)

Yuxarı Maralyan (Cəbrayıl)

05.10.2020

Şıxəli Ağalı kəndi (Cəbrayıl)

Sarıcalı kəndi (Cəbrayıl)

Mərzə kəndi (Cəbrayıl)

09.10.2020

Hadrut qəsəbəsi (Xocavənd)

Çaylı kəndi (Tərtər)

Yuxarı Güzlək (Füzuli)

Gorazıllı kəndi (Füzuli)

Qışlaq kəndi (Laçın)

Qaracallı kəndi (Cəbrayıl)

Süleymanlı kəndi (Cəbrayıl)

Əfəndilər kəndi (Cəbrayıl)

Sur kəndi (Xocavənd)MediaPost

Tarix: 10 Oktyabr 2020, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin