BURADA REKLAMINIZ OLA
BİLƏR

Filipp Kirkorovun atası erməni ordusuna 33 min dollar yardım etdi, Nadir Qafarzadə əsəbiləşdi

Müğənni Nadir Qafarzadə Rusiyanın Xalq artisti Filipp Kirkorova qəzəblənib.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən ifaçı Kirkorovun atasının Ermənistan ordusuna yardım etməsini qınayıb:

 

"Gətirin, bu alçaqları mindirin başımıza. Erməni əsilli Bedros Kirkorov (Filipp Kirkorovun atası-Kirkoryan) erməni ordusuna 33 min dollar yardım edib. Heç utanırsız? Azərbaycan xalqı sizə yaxşılıq edib. Siz isə "Can Azərbaycan" deyib, ermənilərə yardım edirsiz. Niyə ingilis bayrağısınız?!"

 

Xatırladaq ki, Rusiya estradasının kralı Filipp Kirkorovun atası bir neçə gün öncə Ermənistan ordusuna maddi yardım edib. Rusiyanın erməni xalq artisti Bedros Kirkorov (əslində Kirkoryan) Qarabağdakı erməni ordusu üçün 2 milyon 600 min rubl (33 min dollar) toplayıb.

Tarix: 10 Oktyabr 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin