BURADA REKLAMINIZ OLA
BİLƏR

"Narahat olmayın, Qarabağ Azərbaycandır" - Razi Nurullayev

"Ən çox milli birliyə ehtiyacımız var. Ağılla, qıcıq yaratmamaqla, hay-küy salmamaqla, düşməni səhv etməyə vadar etməklə, xarici aləmi də sakitləşdirə-sakitləşdirə məqsədə doğru gedirik. Səbəbsiz heç nə olmur".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

"Öz adımdan bəyan edirəm ki, nə olursa olsun, məsuliyyəti bölüşürəm. Elə buna görə də Milli Cəbhə Partiyasının sədri kimi 50 partiyanın milli birlik çağırışına qol çəkmişəm, çünki inanmışam, məsuliyyəti bölüşmək istəmişəm. Bu gün hamımız bir olmalıyıq və inanmalıyıq. Ali Baş Komandana inanın. Ordumuza ruh verin. Narahat olmayın, Qarabağ Azərbaycandır" - R.Nurullayev qeyd edib.

Tarix: 10 Oktyabr 2020, 21:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin