BURADA REKLAMINIZ OLA
BİLƏR

Qorbaçovdan atəşkəslə bağlı AÇIQLAMA

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Dağlıq Qarabağda əldə edilən humanitar atəşkəs barədə danışıb.

 

Pravda.az xəbər verir ki,bu barədə “TASS” agentliyi informasiya yayıb. Mixail Qorbaçov atəşkəsin əldə olunmasını alqışladığını bildirib və tərəfləri danışıqları davam etdirməyə çağırıb.

 

“Yaxşı ki, ilk addım atılıb. Yaxşı ki, Rusiya kömək göstərib. Lakin bununla məhdudlaşmaq olmaz”,-deyə keçmiş prezident qeyd edib.

 

Onun sözlərinə görə, bu problemin nizamlanmasının yolları barədə razılığa gəlinməsi vacibdir.

 

Mixail Qorbaçovun fikrincə, buna mərhələlərlə, addım-addım nail olmaq mümkündür.

 

Xatırladaq ki, məhz Mixail Qorbaçovun hakimiyyət dövründə yüz minlərlə soydaşımız Ermənistandan didərgin salınmış, Dağlıq Qarabağda erməni separatizmi baş qaldırmış, rəsmi Moskvadan aldıqları yardımlar sayəsində erməni faşistləri muxtar viləayətin br çox bölgəsini zəbt etmişdi.Musavat.com

 

 

Tarix: 10 Oktyabr 2020, 21:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin