BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlərin Moskva görüşünün daha bir detalı açıqlandı

"Moskvada 11 saatlıq müzakirənin nəticəsində əldə edilən humanitar atəşkəs razılaşmasını ermənilər pozmaqda davam edir. Amma, bu o mənanı verməli deyil ki, onlar bu razılaşmanın əleyhinə olublar. Sadəcə, onların istəyi odur ki, həmin razılaşmadan sonra Azərbaycan ordusu atəş açmasın, amma onlar nəinki cəbhədəki mövqelərimizi, hətta münaqişədən kənarda olan yaşayış məntəqələrimizi də atəş altında saxlasınlar. Baxın, görün, nə həyasız millətlə üzbəüz qalmışıq".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.


Q.İbadoğlu qeyd edib ki, Moskva görüşünün 11 saat uzanması bir səbəbi də sulməramlı qoşunların təmas xəttində yerləşdirməklə bağlı Rusiyadan gələn təklif olub: "Bu təklifə ermənilər razı olsalar da, Azərbaycan tərəfi qəti imtina edib. Bu da görünür ki, Rus ayısını qəzəbləndirib. Odur ki, dünəndən Rusiya kütləvi informasiya vasitələri Azərbaycana qarşı qərəzli informasiya kampaniyalarını genişləndirməklə məşğuldurlar. Məsələn, heç bir səbəb və izah olmadan “Exo Moskova” saytı politoloq və beynəlxalq münasibətlər üzrə jurnalist Səadət Qədirovanın bloqunu silib. Ona qarşı kampaniya Səadət xanımın "Vladimir Solovyovın gecəsi" verilişində Azərbaycanın ədalətli mövqeyini müdafiə edən çıxışından sonra başlayıb. Bununla əlaqədar olaraq, Səadət xanımımn müdafiəsi üçün petisiya təşkil olunub. Sizlərdən onu imzalamağı da rica edirəm".


Onun sözlərinə görə, Milli Ordunun zəfər yürüşünü Azərbaycan xalqından başqa kimsə dayandıra bilməz: "Odur ki, xalq olaraq özümüzə və ordumuza güvənməliyik, ruhdan düşməli deyilik, son qərarı şanlı hərbiçilərimizlə bərabər Azərbaycan xalqı verməlidir. Erməni-rus hiyləsinə aldanıb 2016-cı il Aprel döyüşlərində buraxılan səhvləri təkrarlaya bilmərik. Odur ki, kimlərsə müzəffər ordunun zəfər yürüşünü dayandıracaqsa, hazırda hər şeyini cəbhə üçün səfərbər edən xalq, şəhidlərin ruhu onları bağışlamayacaq. Bu müharibədəki itkilərimizi işğaldan azad olunan 1 rayon, 2 qəsəbə, 22 kəndlə kompensasiya etmək mümkün deyil. Azərbaycan ordusu 30 ilə yaxındır ki, yadellilərin tapdağı altında qalan torpaqlarımızın hər qarışını işğaldan azad etməyə qadirdir. Biz milli qürurumuzu və itirdiyimiz Qarbağımızı yalnız hərbi əməliyyatlarla bərpa edə bilərik".

Tarix: 11 Oktyabr 2020, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin