BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidentinin köməkçisi: "Ermənistanı dayandırmaq lazımdır”

"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".

 

Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

 

O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Tarix: 11 Oktyabr 2020, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin