BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilgəhdə avtobus piyadanı vurdu

Bakının Sabunçu rayonunda yol qəzasında 1 nəfər ağır xəsarət alıb.

 

Pravda.az APA-ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

 

172 saylı xətt marşrutu üzrə hərəkət sərnişin avtobusu yolu keçmək istəyən 1995-ci il təvəllüdlü Abbasov Ülvi Elxan oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Ü.Abbasova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 12 Noyabr 2019, 22:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin