BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah yağış yağacaq

Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə,n mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-16, gündüz  19-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

 

Oktyabrın 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı  ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 10-15, gündüz 22-26, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq. 

Tarix: 11 Oktyabr 2020, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin