BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət Komitəsinin şöbə müdiri otel tikdirir - SƏNƏD

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Kəmalə Ocaqova Rasim qızı (məşhur kinorejissor Rasim Ocaqovun qızı) Səbayel rayonu Mərdanov qardaşları küçəsi 8 ünvanında mansardı ilə birlikdə 4 mərtəbəli mehmanxana binası tikdirir.


Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, tikintiyə bu ilin iyul ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən icazə verilib.


Onun sözlərinə görə, ümumi sahəsi 5136,44 kvadrat metr olan mehmanxana binası "Kon-Lay Proyect" MMC tərəfindən layihələndirilib.

Fotoları təqdim edirik
Tarix: 23 Dekabr 2019, 01:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin