BURADA REKLAMINIZ OLA
BİLƏR

Səsvermə başladı

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, səsverməyə saat 8.00-da start verilib.

 

Səsvermə saat 19:00-da bitəcək.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

 

Bələdiyyə seçkiləri 118 dairəni,  ümumilikdə 5049 seçki məntəqəsini əhatə edəcək, 1000 məntəqədə, yəni məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb.

 

Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Seçki prosesində iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkilərini izləmək üçün 52 min 636 yerli, 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

 

Tarix: 23 Dekabr 2019, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin