BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış müğənni polisdən üzr istədi: "Qanun hamı üçün qanundur" - FOTO

Tanınmış müğənni Vüqar Muradov avtomobilini təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyini bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib.

 

Onun sözlərinə görə, Dövlət Yol Polisinin (DYP) Yol Patrul Xidmətinin (YPX) əməkdaşı təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün onu saxlasa da heç bir cəza tədbiri görməyib:

 

"Bu gün YPX əməkdaşı məni haqlı olaraq saxladı, təhlükəsizlik kəmərini taxmamışdım. Sənədləri istədi, mən də təqdim etdim və dedim ki, buyurun yazın. Tanıdı məni və dedi ki, Vüqar bəy zəhmət olmasa, kəmərdən istifadə edin, sizə cərimə yazmıram. Çox sayqıyla, hörmətlə yola saldı məni. Cavan oğlan idi, maşınının nömrəsini yadımda saxlamadım. Keşlə bazarının qarşısında dayanırlar. Çox təşəkkür edirəm, Azərbaycan polisi. Mən sizdən üzr istəyirem ki, təhlükəsizlik kəmərindən istifadə etmədiyim üçün. Qanun hamı üçün qanundur".

Fotoları təqdim edirik
Tarix: 23 Dekabr 2019, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin