BURADA REKLAMINIZ OLA
BİLƏR

“Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməli, hücumlarının qarşısı alınmalıdır” – Elçin Əmirbəyov

“Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən, münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan hətta mülki əhaliyə qarşı da hücumlarını davam etdirməkdədir”.

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

 

E. Əmirbəyov deyib ki, Ermənistan ötən gecə Gəncəni bombalayıb: “Bu, Ermənistanın münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır”.

Tarix: 11 Oktyabr 2020, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin