BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: "Yaralılar arasında azyaşlıların olması insanı lap hiddətləndirir"

Oktyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə tərəflər arasında əsasında humanitar atəşkəsin tətbiq olunması ilə bağlı razılaşma əldə olunub. Razılaşmanın əldə olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutublar. Gecə saatlarından başlayaraq Gəncə, Mingəçevir, Tərtər, Ağdam və mülki əhalinin yaşadığı digər ərazilərə raketlərdən zərbələr endirilib. Bu raketlər Azərbaycan ərazisinə Ermənistan ərazisindən atılıb. İnsan tələfatı və xeyli sayda yaralı var. Yaralılar arasında azyaşlı körpələrin olması insanı lap hiddətləndirir. Bu, bir daha göstərir ki, Ermənistan terrorçu, təcavüzkar və təxribatçı ölkədir.

Bunu Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov söyləyib.
Siyasi elmlər doktoru diqqətə çatdırıb ki, baş verənlər Ermənistanın sülh yolu ilə torpaqları geri qaytarmayacağını bir daha yəqinləşdirir: “Humanitar atəşkəs müddətində prinsip və qaydalara məhəl qoymayan Ermənistan müharibə istəyir. Necə ki, 30 ildir öz bildiyini edir. Yalnız və yalnız bu ölkə və onun rəhbərliyi ilə güc dili ilə danışmaq lazımdır. Başqa çarə yoxdur. Düşmən Azərbaycan Prezidentinin ona verdiyi şansdan istifadə etməyi bacarmadı”.
Deputat bildirib ki, Ermənistanın Gəncədə təxribat törətməsi həm də onun Rusiya rəhbərliyinə, bu ölkənin xarici işlər nazirliyinə olan saymazlığının ifadəsidir: “Paşinyan Rusiyanın vasitəçi kimi təşəbbüsünü heçə sayaraq, bu əməli törətdi. Məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu işə cəlb etməkdir. Hesab edirəm ki, Ermənistanın bu təşkilatdan çıxarılması məsələsi ortaya qoyulmalıdır. Bu ölkə regionda müharibənin miqyasının genişlənməsini istəyir”.
Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan heç bir vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü qoruyacaq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır! Azərtac

Tarix: 11 Oktyabr 2020, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin