BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır – TƏKLİF

“Türkiyə hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

“İllərdir deyirəm ki, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır. Bunu belə əsaslandırırdım ki, Dağlıq Qarabağda müharibə başlasa, Azərbaycanın qalan hissəsi Türkiyənin təhlükəsizlik təminatı altında olsun. Necə ki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. Türkiyənin Gəncədə hərbi bazası olsaydı, düşmən ölkə ikinci böyük şəhərimizi raket atəşinə tuta bilərdimi? Ermənistan bunu etsəydi, artıq qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görərdi. İndi də gec deyil, Türkiyə ilə hərbi bazaların yerləşdirilməsi ilə bağlı danışıqlara başlanılması zərurətdir” - ekspert bildirib.

Tarix: 11 Oktyabr 2020, 21:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin