BURADA REKLAMINIZ OLA
BİLƏR

Tünzalə Ağayeva Filipp Kirkorovu tənqid etdi: “Bizdən qazanıb, cəllad qohumlarına göndərən...”

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın xalq artisti Filip Kirkorova ermənilərə maddi dəstək olan atasına görə etirazını bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə Tünzalə Ağayeva İnstaqramda foto paylaşıb.

 

O, paylaşımında Filip Kirkorovun ünvanına bu sözləri deyib: "Budur Bakıya gəlib, çörəyimizi yeyib, bizdən qazanıb, cəllad qohumlarına göndərən, "dostlarımız"! Ar olsun!".

 

Xatırladaq ki, Filip Kirkorovun atası Bedros Kirkorov erməni diasporu ilə birlikdə Dağlıq Qarabağdakı münaqişə ilə bağlı Ermənistana yardım məqsədilə böyük məbləğdə pul toplayıb.

Tarix: 11 Oktyabr 2020, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin