BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputat: "Qarabağ vergisi tətbiq olunsun"

"Ordu ona görə xalqın ordusudur ki, həm ərazi bütövlüyümüzü qorusun həm də mülki əhalini... Biz əsgər və zabitlərimizə sonsuz minnətdarıq ki, onlar son günlərdə döyüş bölgəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla xalqa ümid verdi".

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli deyib.

"Gəncəyə və digər yaşayış məntəqələrimizə atılan raketlərin atəş nöqtələri yerlə yeksan olunmalıdır, istər Ermənistan ərazisi olsun, istər öz ərazimizdə gizlənən terrorçuların müvəqqəti dayanacaqları! Azərbaycan dövləti vətənimizin müdafiəsinə töhfə verəcək, xaricdə yaşayan hər bir soydaşımıza, hər bir Azərbaycanı sevən şəxsə qapılarını taybatay açmalıdır. Qarabağ vergisi tətbiq olunsun, Qarabağ Azərbaycanın balasıdır, övladıdır. Xalqımız, ordumuzla birgə Qarabağ balasını erməni-rus birləşmələrinin qanlı caynağından qurtarsın!"

Tarix: 11 Oktyabr 2020, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin