BURADA REKLAMINIZ OLA
BİLƏR

Atəşkəs rejimi növbəti dəfə müzakirə olunacaq

Bu gün Avropa İttifaqı üzv dövlətlərinin xarici əlaqələr qurumlarının rəhbərləri ilə iclasda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən danışıqlar da daxil olmaqla Dağlıq Qarabağdakı münaqişənin müzakirə edilməsi planlaşdırılır.

 

Pravda.az xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

 

Kanal həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncə hadisəsi ilə bağlı sözlərini sitat gətirib: “Bu, erməni siyasi liderləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktıdır. Humanitar məqsədlər üçün atəşkəs elan edən sənəd var. Növbəti gün isə Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx məskunlaşdığı bölgəyə raket hücumu həyata keçirir. Bu, hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin riyakarlığını nümayiş etdirir”.

 

Bununla yanaşı Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttinin cənub hissəsindəki bir neçə yaşayış məntəqəsini nəzarəti altına ala bildiyi qeyd olunub.Qafqazinfo

Tarix: 12 Oktyabr 2020, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin