BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbi əməliyyatların bərpası bizə dostlarımızla düşmənlərimizi daha yaxşı tanıtdı” – Siyavuş Novruzov

“27 sentyabr tarixindən etibarən aktiv hərbi əməliyyatların bərpası bizə dostlarımızla düşmənlərimizi daha yaxşı, daha dəqiq tanıtdı”.

 

Bunu millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın haqq işinin mahiyyətinə bələd olan bəzi şəxslər belə, bu müddət ərzində qərəzli bəyanatlarla çıxış etdilər ki, bu da təəssüf doğurur: “Təəssüflər olsun ki, dünya mediasına nəzər salanda görürük ki, bəzən dəfələrlə ölkəmizdə olan, xalqımızın, dövlətimizin apardığı mübarizənin haqq işi olduğunu bilən bəzi şəxslər də, bu müddət ərizndə qərəzli, həqiqətə zidd olan fikirlər səsləndirdi, bəyanatlar verdi. Hərbi müstəvidə gərginləşən vəziyyət fonunda biz müxtəlif dövlətlərdən tutmuş tək-tək adamlara, media nümayəndələrinə, siyasətçilərə, diplomatlara qədər hər bir fərdin hansı mövqe nümayiş etdirdiyinə şahid olduq, kimin kim olduğunu bir kəs daha gördük. Bu baxımdan ölkəmizə qarşı qərəzli mövqe tutan, onun haqqında yalan məlumatlar yayan şəxslərin, eləcə də əcnəbi jurnalistlərin ölkəmizə girişinin əngəllənməsi, onların adlarının “qara siyahı”ya salınması təklifini dəstəkləyirəm. Hesab edirəm ki, onların hər birinə layiq olduğu münasibət göstərilməli, layqi olduqları cavabı verməliyik”.Moderator

Tarix: 12 Oktyabr 2020, 11:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin