BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkillərlə bağlı qərarda dəyişiklik edildi

Vəkillər və mühasiblər sosial ayırmaları yeni qaydada ödəyəcək.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə”yə müvafiq dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar - Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin gəlirlərindən xərclər çıxılmaqla sosial ayırmalar ödəyəcək.

 

Qeyd edək ki, sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur.

Tarix: 12 Oktyabr 2020, 12:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin