BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Osmanov: “Azərbaycan ordusu Ermənistanın bu çirkin əməlinin cavabını layiqincə verəcək”

“Humanitar atəşkəs elan olunub, amma Ermənistan tərəfi növbəti dəfə bütün beynəlxalq hüququ ayaqlar altına ataraq Azərbaycanın mülki əhalisini hədəfə alıb.

 

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat bildirib ki, Ermənistanın gecə yarısı Gəncədə mülki əhalini raket atəşinə tutması açıq terror əməlidir: “Bu, ermənilərin Azərbaycan xalqına qarşı növbəti soyqırımıdır. Ermənistan bir daha özünün çirkin, məkirli siyasətini, vandalizm əməlini həyata keçirməklə Azərbaycan xalqına qarşı gecə yarısı hücum etdi. Elə Xocalı soyqırımı zamanı da mənfur ermənilər gecə vaxtı hücum etmişdilər. Ermənilər eyni ssenari ilə Azərbaycana qarşı növbəti soyqırım həyata keçirirlər. Beynəlxalq ictimaiyyət artıq bu məsələyə son qoymalıdır və erməni terrorunun qarşısını almalıdır. Ermənistan Azərbaycan tərəfindən verilən son şansı düzgün qiymətləndirmir və humanitar atəşkəsin arxasında gizlənərək yenə də çirkin əməllərə əl atır. Əgər Ermənistan bu təxribatlarını davam etdirsə, Azərbaycan ordusu Ermənistanın bu çirkin əməlinin cavabını layiqincə verəcək”.

 

C.Osmanov beynəlxalq təşkilatlara da çağırış edib: “Gəncə atılan raket terror əməlidir. Ona görə də Ermənistanla bağlı təcili tədbir görməlidirlər. Bəzi beynəlxalq təşkilatlar nədənsə bunu görməzdən gəlirlər. Məsələyə ikili standartlarla deyil, adekvat münasibət bildirilməlidir”.

Tarix: 12 Oktyabr 2020, 19:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin