BURADA REKLAMINIZ OLA
BİLƏR

“On illərlə ellikcə manyak olmaq necə mümkündür?” – Ağalar Məmmədov

“İkinci Qarabağ müharibəsində biz ermənilərin necə namərd olduqlarını görməkdəyik”.

 

Pravda.az xəbər verir ki, bunu filosof Ağalar Qut deyib.

 

Filosof Ermənistanın Azərbaycanın mülki əhalisinə barbar hücumlarına diqqət çəkib:

 

“Birinci Qarabağ müharibəsində və sonrasında biz ermənilərin vəhşiliklərini, qansızlıqlarını görüb dəhşətə gəlmişdik. Məsələn, hamilə qadının qarnını yırtmaq nə deməkdir? Bir erməni belə olsun, ikisi belə olsun, bir il belə olsunlar, iki il belə olsunlar, on illərlə ellikcə manyak olmaq necə mümkündür? Millət olaraq bu boyda nifrət qatranıyla necə yaşamaq, misal üçün, musiqiyə necə qulaq asmaq olar? O vaxt ağzımızı açıq qoyan erməni faktlarından biri də onların həyasızlıqları olmuşdu. Məsələn, Xocalıda qətlə yetirilmiş körpələrimizin şəkillərini orda-burda yayıb “Azərbaycanlılar bizim uşaqlarımızı bax belə öldürürlər” deyən həyasızlığın misli-bərabəri varmı?

 

İkinci Qarabağ müharibəsində isə biz onların necə namərd olduqlarını görməkdəyik. Məsələn, gecə yarısı hamı yatdığı yerdə yaşayış binasının üstünə bomba tullamağın adı nədir, üstəlik dəqiq nöqtəni nişan alan “Toçka-U” raketi ilə? Özü də bilə-bilə ki, biz məlum səbəblərdən Ermənistan ərazisini vura bilmirik.

 

Bu müharibədə müşahidə etdiklərimizdən biri də ermənilərin necə geridəqalmış, necə dargöz olmaqları, özlərinə əsla qıraqdan baxa bilməməkləridir, bu refleksiyasızlıqdır. Bizim millət olaraq özümüzə tənqidi yanaşmağımız bəzən necə kəskin hal alırsa, ermənilərdə özünəvurğunluq, təkəbbür artıq patologiyaya çevrilib”.

Tarix: 12 Oktyabr 2020, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin