BURADA REKLAMINIZ OLA
BİLƏR

Erkin Qədirli AŞPA-nın Daimi Komitəsinin toplantısında baş verənləri açıqladı

"AŞPA-nın Daimi Komitəsinin videokonfrans şəklində toplantısı oldu (az öncə bitdi). Mən də iştirak etdim, söz alıb danışa da bildim. Daha doğrusu, danışmağa çalışdım. Hər kəsə ayrılmış 2 dəqiqənin ilk 20 saniyəsini internetin zəif olmasına görə itirdim. Sonra tez danışmağa çalışdım ki, əsas fikirlərimi çatdıra bilim. Deyə bilmədiklərim də qaldı (vaxt çatmadı). Çıxışımı sırf hüquqi arqumentlər üzərində qurdum. Onu da deyim ki, bugünkü toplantıda hüquqi arqumentlərə diqqət edən, fikir verən, demək olar ki, olmadı".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli deyib.

E.Qədirli qeyd edib ki, konfransda çıxışlar daha çox emosional şantaj dilində qurulmuşdu: "Bir tək erməniləri demirəm, avropalılar da o cür danışdılar. Gözə ən çox girən isə bunların Türkiyəyə qarşı qərəzləri oldu. Bizdən çox Türkiyəni vurmağa çalışırdılar. Hər məsələyə Türkiyəni qatırdılar. Nə isə. Danışıb dağılışdılar. Qərar olmadı, olası da deyildi. Əsas sözü ordumuz deyir. Ordumuza eşq olsun!"

Tarix: 12 Oktyabr 2020, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin