BURADA REKLAMINIZ OLA
BİLƏR

Trampın son koronavirus testlərinin nəticələrini açıqlandı

ABŞ Prezidenti Donald Trampın son dəfə koronavirus üçün verdiyi testlərin nəticələri mənfi olub.

Pravda.az xəbər verir ki, bu barədə prezidentin həkimi Şona Konlinin Ağ Evin mətbuat katibi Keyli Makineniyə göndərdiyi cavabda bildirilib. 

Lakin analizlərin hansı günlərdə aparıldığı qeyd edilməyib. 

Qeyd edək ki, ABŞ lideri müalicədən sonra seçki kampaniyası çərçivəsində ilk dəfə tərəfdarları ilə görüşmək üçün bazar ertəsi Florida ştatına gedib.

Xatırladaq ki, oktyabrın 2-də Tramp və həyat yoldaşının koronavirusa yoluxduğu aşkar edilmişdi. ABŞ prezidentinin müalicə müddətində bir neçə dəfə süni tənəfüs aparatından istifadə etdiyi bildirilib.APA

Tarix: 13 Oktyabr 2020, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin