BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın “Malış” ləqəbli terrorçusu da öldürüldü

Xəbər verdiyimiz kimi, işğalçı Ermənistan tərəfi bu gün həlak olan daha 96 hərbçinin adlarını açıqlayıb.

 

Pravda.az-ın məlumatına görə, siyahıdan məlum olub ki, sentyabrın 27-dən Azərbaycanın Qarabağ bölgəsində başlayan döyüşlərdə tanınmış erməni terrorçu, “Malış” ləqəbli Mqer Arutyunyan da zərərsizləşdirilib.

 

Ermənilərin sosial şəbəkələrdə yazdıqlarından bu da bəlli olub ki, terrorçu oktyabrın 9-da məhv edilib.

 

Məlumata görə, 1973-cü il təvəllüdlü M. Arutyunyan hələ 1991-1994-cü illərdə, eləcə də 2016-cı il Aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun tərkibində vuruşub.

Tarix: 13 Oktyabr 2020, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin