BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilyam Hacıyevdən xəbər var

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.

 

Pravda.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində sabiq icra başçısının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

 

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.

 

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin cari ilin may ayında İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılıb.

 

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Tarix: 13 Oktyabr 2020, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin