BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın bu şəhər və kəndlərinə koronavirusla əlaqədar giriş-çıxış bağlandı

Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış bu gündən dayandırılıb.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış 14 oktyabr saat 00:00-dan dayandırılır.

 

Qeyd edək ki, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

Tarix: 14 Oktyabr 2020, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin