BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayıldı

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır: “Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.Report

Tarix: 23 Dekabr 2019, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin