BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünyanın tanınmış şair və yazıçıları Azərbaycan Prezidentinə müraciət etdi

Dünyanın bir sıra tanınmış şair və yazıçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.

 

Biz – yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinəyik, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vadar edir. Siz başqa ölkənin torpaqları üçün döyüşmürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.

 

Dünya siyasətçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.

 

Azərbaycan dünyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın mehribanlığı və qonaqpərvərliyi ilə məşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.

 

Sizi və mehriban xalqınızı ürəkdən dəstəkləyirik".

 

Müraciəti aşağıdakı şəxslər imzalayıblar:

 

Biplab Majee – Hindistandan şair, ədəbi tənqidçi

 

Gjeke Marinaj – ABŞ-dan Alban-Amerikan Yazarlar Cəmiyyətinin ilk prezidenti

 

Xosiyat Rustam – Özbəkistandan şair, tərcüməçi

 

Rosailba Fantastiko Di Kastron – İtaliyadan teatr tamaşalarının səhnələşdirməsi üzrə beynəlxalq mütəxəssis

 

Vadim Teryoxin – Rusiyadan Rusiya Yazıçılar Birliyinin həmsədri

 

Mai Van Phan – Vyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü

 

Sovan Bhattaçarya – Hindistandan şair, yazıçı, beynəlxalq müsabiqələr laureatı

 

Daniela Andonovska-Trajkovska – Makedoniyadan “St. Kliment Ohridski” Universitetinin dosenti

 

Mehmet Nuri Parmaksız – Türkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru

 

Sungrye Han – Koreya Respublikasından şair, tərcüməçi, dosent

 

Coskun Karabulut – Türkiyədən şair, yazıçı

 

Rudolf Marku – Böyük Britaniyadan şair

 

Karlos Ernesto Qarsiya – İspaniyadan şair, yazıçı və jurnalist

 

Con Farndon – Böyük Britaniyadan Avrasiya Yaradıcılıq Gildiyasının sədri, şair.

Tarix: 14 Oktyabr 2020, 12:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin