BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi: Təcili tibbi yardımı avtomobili gecikmir - VİDEO

Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, sosial şəbəkələrdən birində Nobel prospektində avtomobil qəzası baş verən əraziyə Təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil:

 

"Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb" - nazirlikdən bildirilib.

 

Tarix: 23 Dekabr 2019, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin