BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğanla Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə etdilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub.

 

Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.

 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

 

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.

Tarix: 14 Oktyabr 2020, 21:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin