BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa paytaxtında və bölgələrdə komendant saatı tətbiq ediləcək

Fransada paytaxt Paris də daxil olmaqla, Lill, Marsel, Tuluza, Ruane, Sent-Etien, Monpele, Grenoble və Lyonda COVID-19-la əlaqədar bu həftənin şənbə günündən komendant saatı tətbiq olunacaq.

 

Pravda.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanul Makron yerli televiziyaya açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, komendant saatı oktyabrın 17-dən etibarən saat 21.00-dan 06.00-a qədər qüvvədə olacaq: Komendant rejimi dörd həftə davam edəcək. Komendant saatının pozulmasına  görə 135 avro cərimə tətbiq ediləcək. Təkrar qaydanı pozanlar üçün 1,5 min avro cərimə nəzərdə tutulub. Mənə elə gəlir ki, bunun lazımi təsiri olacaq”.

 

Makron, eyni zamanda ölkədə epidemioloji vəziyyətə nəzarətin itirilmədiyini vurğulayaraq, koronavirusun ikinci dalğasının başladığını bildirib.APA

Tarix: 15 Oktyabr 2020, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin