BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: "Aparıcı məni bərk sıxırdı ki, İlham Əliyevin yanında olduğunuzu ifadə edin…"

"Bu gün SPACE kanalında "Sadə həqiqətlər" verilişinin qonağı oldum. Aparıcı məni nədənsə bərk və davamlı şəkildə sıxırdı ki, İlham Əliyevin yanında-ətrafında olduğunuzu ifadə edin. Dedim, biz Prezident İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı son aylarda atdığı və davam etdiyi addımları tam dəstəkləyirik, onların dərin düşüncəyə və təcrübəyə əsaslandığına inanırıq. Ona bu işində faydalı olacaq fəaliyyətimizlə də dəstək dururuq".

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

"Biz peyk partiya da deyilik ki, hakim partiyanın ətrafında olaq. Müxalif mövqeyimizdə qalırıq. Hal-hazırda Qarabağ savaşından başqa mövzular milli gündəmdə ola bilməz deyə, o mövzular üzərində siyasət qurmağımız düzgün olmazdı..." - İ.Məmmədov qeyd edib.

Tarix: 15 Oktyabr 2020, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin