BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan ordusu Tərtərdə qəbiristanlığı atəşə tutub, 3 mülki şəxs həlak olub" - Prezidentin köməkçisi

Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bildirib.

 

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığı hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.

 

"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır", - deyə Hikmət Hacıyev qeyd edib.

Tarix: 15 Oktyabr 2020, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin