BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən icra başçısının yerinə TƏYİNAT

Həbs edilən Ağstafa rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevi əvəzləmək üçün Prezidentinin Administrasiyasından səlahiyyətli şəxs təyin edilib.

 

Pravda.az-ın xəbərinə görə, hazırda Prezidentinin Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin baş məsləhətçi Nəsir Muxtarlı Ağstafa İcra başçısı vəzifəsini əvəzləyir.

 

N.Muxtarlı artıq icra hakimiyyətinin məsul şəxsləri, nümayəndəliklər və bələdiyyələrlə görüş keçirib, tapşırıq və tövsiyyələrini də verib.

 

Qeyd edək ki, Nəsir Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və bundan sonra  Prezident Administrasiyasının (PA)  baş məsləhətçi vəzifəsinə təyinat alıb.Unikal.org

Tarix: 23 Dekabr 2019, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin