BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı?" - Hikmət Hacıyev

“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.

 

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Tarix: 15 Oktyabr 2020, 15:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin