BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident istefadan sonra küçədə qaldı

Hərbçilərin və polisin tələbi ilə istefa verən Boliviyanın keçmiş prezidenti Evo Morales adi vətəndaş kimi keçirdiyi ilk gününü bölüşüb.

 

Pravda.az-ın xəbərinə görə, sabiq prezident “Twitter” hesabında fotosunu paylaşaraq onu gizlədən “Cochabamba tropik birliyi”nə təşəkkürünü bildirib. Morales şəklinə “Bu, vəzifədən getdikdən sonra ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrilişi gerçəkləşdirdi. Lider olduğum günləri xatırladım. Məni qoruyan "Cochabamba tropik birliyi"ndəki qardaşlarıma minnətdaram” yazıb.

 

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də prezident seçkilərinin nəticələri elan edildikdən sonra ölkədə qarışıqlıq yaranmışdı. 14 il ölkəni idarə edən Morales Konstitusiyada prezidentlik dövrü ilə bağlı maddəni dəyişərək 4-cü dəfə rəhbər seçilmişdi. Bu isə etirazlara səbəb olmuşdu. Bu səbəbdən Morales istefa vermək məcburiyyətində qalmışdı.

 

Tarix: 12 Noyabr 2019, 23:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin