“Problem, məncə, artıq həll olunur və hesab edirəm ki, beynəlxalq təşkilatlar və bu məsələ ilə yaxından məşğul olan ölkələr bunu görür və bu, yeni reallıqdır”.
Pravda.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu yeni reallığı biz təşkil etdik və bu məsələ həll olur: “Çünki baza prinsiplərində göstərilmişdir ki, 5 rayon birinci mərhələdə bizə qaytarılır, onlar artıq 2 rayonun böyük qismi - tam deyil hələ - böyük qismi artıq bizdədir. Əgər Ermənistan yenə də neqativ mövqe sərgiləyərsə, ümid edirəm ki, yaxın gələcəkdə digər rayonlar da bizdə olacaq. Bu məsələnin həlli deyilmi?! Yəni biz əslində döyüş meydanında baza prinsiplərini həyata keçiririk, gerçəkləşdiririk. Minsk Qrupu buna nail ola bildimi? Xeyr, ola bilmədi. Ona görə bir daha demək istəyirəm ki, bu məsələnin həlli hərbi-siyasi yollarla mümkündür. Hərbi yol hazırda baş verir. Biz istəyirik ki, nə qədər tez olursa, olsun bitsin. Ondan sonra siyasi mərhələ başlansın və baza prinsipləri də əsas olsun. Məsələnin həll edilməməsi ilk növbədə beynəlxalq təşkilatların öz qərarlarına hörmətsiz yanaşmasıdır. Çünki BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə qəbul etmişdi. Orada göstərilir ki, erməni silahlı qüvvələri işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Amma bu icra edilmədi. Ondan bir il öncə Minsk Qrupu yaradıldı. 28 ildə bir şey oldumu? Olmadı. Yəni bizə elə gəldi ki, beynəlxalq təşkilatlar bu münaqişənin elə bu vəziyyətdə saxlanılmasına tərəfdardırlar ki, necə var, elə də qalsın, Azərbaycan məcburi köçkünləri əbədi belə vəziyyətdə qalsın, Ermənistan işğal edilmiş torpaqlarda daha da möhkəmlənsin. Bilirsiniz, indi orada qanunsuz məskunlaşma gedir. Bu, hərbi cinayətdir, bu, Cenevre Konvensiyasına zidd olan məsələdir. Onlar Suriyadan erməniləri Dağlıq Qarabağa, Şuşaya köçürürlər. Burada onlara imkan yaradırlar, pul verirlər və artıq bunu açıq nümayiş etdirirlər. Bu, beynəlxalq müstəvidə qəbul edilmiş cinayətdir. Onların məqsədi budur ki, vaxt keçsin, Azərbaycan xalqı bu torpaqlardan əlini üzsün. Yeni nəsil yetişəcək, hansı ki, o torpaqları görməyib. O nəsil ora qayıtmaq istəməyəcək. Azərbaycan bu vəziyyətlə barışacaq, bununla paralel olaraq, ermənilər başqa ölkələrdən ora gətiriləcək, orada erməni nüfuzu çoxalacaq sabah da deyəcəklər ki, reallıq budur, barışın. Onların məqsədi bu idi. Təəssüf ki, onların hamiləri, havadarları bunlara bu işlərdə kömək etmişdilər. Biz bu məkrli, çirkin planları məhv etdik, biz yeni reallıq, yeni gerçək yaratdıq və bu gün hər kəs gərək bu gerçəklə razılaşsın və barışsın”.
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
Ən son xəbərləri səhifəmizdən də izləyin