BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın humanitar atəşkəsə əməl etməməsi, mülki əhaliyə hücumlar, o cümlədən bu gün Ermənistan ordusu tərəfindən Tərtər rayonunun atəşə tutulması müzakirə olunub.

Tarix: 15 Oktyabr 2020, 19:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin