BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyev: “AMEA-da islahatlar aparılacaq”

“Azərbaycan Milli Elmlər Akademiyasının bu yaxınlarda ümumi iclası keçiriləcək, həmin iclasda Akademiyada islahatlarla bağlı geniş müzakirələr aparılacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev deyib.

 

Ramiz Mehdiyev bildirib ki, bu, AMEA-nın gələcəyi baxımından çox əhəmiyyətli bir iclas olacaq: “AMEA-nın fəaliyyəti bilavasitə dövlətin siyasəti ilə bağlı olmalıdır. Prezidentin həyata keçirdiyi iqtisadi, sosial siyasət, humanitar məsələlərlə bağlı yürütdüyü xətt gələcəkdə AMEA-nın fəaliyyətində çox geniş yer tutmalıdır. Ümumiyyətlə, AMEA-nın fəaliyyəti Azərbaycan dövlətinin inkişafında öz xidmətini göstərməkdən ibarət olmalıdır”.

 

Ramiz Mehdiyev qeyd edib ki, AMEA-da hökmən islahatlar aparılacaq: “Güman edirəm ki, bu islahatlar AMEA-nın fəaliyyətinə mühüm töhfə verəcək”.APA

Tarix: 23 Dekabr 2019, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin